BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Fatma Mahmudova “Maşın”da 64,73 faiz səs topladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Maşın” realiti-şousunun 18-ci buraxılışında üçüncü səsvermə baş tutub.

İstixeber.info Axşam.az-a istinadən xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan Xalq artisti Fatma Mahmudova və müğənni Niyam Salami olub. Hər iki sənətçinin eyni sayda fotosu atıldığı üçün xalq səsverməsi hesablanıb. Ən az səs F.Mahmudovaya gəldiyi üçün hədəf o, olub.

Aktrisanın çıxışı isə maraqlı olub. Sənətçi heç kimi çıxarmaq fikrində olmadığını bildirib. O, tamaşaçılardan şouda qalması üçün səs də istəməyib.

Gərgin keçən yarışmada iştirakçılar arasında mübahisə yaşanıb. Meyxanaçı Aqşin Fateh müğənni Nazim Pişiyarinin bütün oyun planlarını açıb.

F.Mahmudova sonda 64,73 faiz səs toplayaraq, şouda qalıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov,  davam etdirir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26