BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Döyülərik, yıxılarıq, məğlub olarıq, amma…” – Qurban Qurbanov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Düdelanj”a qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb.

İstixeber.info qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyunda baş verən erməni təxribatından söz açıb.

“Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdır. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, “Qarabağ”ı çalışdırıram. Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçula təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdur. Biz burdan gözəl qələbə ilə dönürük.

Biz meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacağdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil”, – deyə “Qarabağ”ın çalışdırıcısı bildirib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26