BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Lüksemburqun idman naziri təxribata görə “Qarabağ”dan üzr istəyib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) oyunu təxribatla əlaqədar dayandırıldıqdan sonra Lüksemburqun idman naziri Ağdam təmsilçisinin soyunub-geyinmə otağına gəlib.

İstixeber.info xəbər verir ki, o, baş verən təxribata görə “Qarabağ” komandasının üzvlərindən üzr istəyib.

Nazir qeyd edib ki, ölkəsi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır. O, təxribatçının tapılaraq, cəzalanacağını da deyib.

Nazirin üzrxahlığı stadionda da elan olunub.

Bundan sonra qarşılaşma dayandırıldığı 31-ci dəqiqədən davam etdirilib.

Qeyd edək ki, xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. /unikal

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26