BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QUBADA ALMA OĞRULARI TUTULDU – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba rayonunda alma oğrulayan dəstə saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da gecə saatlarına Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik alma məhsulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Əliməmmədoba kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsi ilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26