BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Ürəyindən əməliyyat olunan əməkdar artistin vəziyyəti qənaətbəxşdir” – Rəşad Mahmudov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən ürəyindən əməliyyat olunan əməkdar artist Kazım Abdullayevin vəziyyəti qənaətbəxşdir.

İstixeber.info-nun məlumatına görə, bu sözləri APA-ya aktyoru əməliyyat edən kardiocərrah, Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Kazım Abdullayev Mərkəzi Gömrük Hospitalına ayağında birdən-birə soyumaqla əmələ gələn problemlə bağlı müraciət edib. İlkin müayinələr nəticəsində ayaq damarlarının tutulduğu, daha əvvəl mövcud olan problemlərin fəsadlaşdığı və yeriməyə imkan verməyən “kladikasio intermitand” deyilən vəziyyətin olduğu müəyyən edilib: “Ayaqda damar xəstəlikləri olanda ürəkdə də ola bilər deyə, ürəklə də bağlı müayinələr aparıldı. Nəticədə ürək damarlarında çox ciddi həyati təhlükə təşkil edən xəstəlik aşkarlandı. Ayağındakı damarlara müdaxilə üçün ürəyin anesteziyaya dözməyəcəyi məlum oldu. Konsilium nəticəsində belə qərara gəldik ki, eyni gündə həm açıq ürək əməliyyatı, ardınca da ayağında şuntlama əməliyyatı aparılsın. Oktyabrın 2-də də saat 09:00-da açıq ürək əməliyyatına başladıq. Əməliyyat uğurla icra edildi. Ürək damarları yeniləndi. Ardınca tibb üzrə fəlsəfə doktoru, damar cərrahı Səbuhi Dadaşov tərəfindən ayaq damarları bərpa olundu”.
Kardiocərrah deyib ki, ürəyin fəaliyyəti normaldır, Kazım Abdullayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir: “Bir neçə gün ərzində vəziyyətindəki dəyişikliklər haqqında ictimaiyyətə məlumat veriləcək. Arzu edirik ki, inşallah Kazım müəllim sağlamlığına qovuşacaq, ən qısa zamanda sevənlərinin yanına qayıdacaq”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26