BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəfəq Ağacan həbsxanada aclıq aksiyası keçirir? – AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Penitensiar Xidmət həbsdə olan Şəfəq Ağacanın aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İstixeber.info xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Unikal.org-a bildiirb ki, Ş.Ağacan heç bir aclıq aksiyası keçirmir.

Onun sözlərinə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş qadın su və qida qəbul edir: “Penitensiar Xidmətin rəhbərliyindən olan rəsmi şəxs İstintaq Təcridxanasında məhkumların və həbs edilmiş şəxslərin qəbulunu keçirib. O cümlədən Şəfəq Ağacan da həmin qəbulda olub, onunla söhbət edilib. Şəfəq Ağacan heç bir probleminin olmadığını, aclıq aksiyası da keçirmədiyini bildirib”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Qeyd edək ki, Ş.Ağacan “Bakupress” milli informasiya agentliyinin rəhbəridir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26