BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rusiyada vətəndaşlıq alınması qaydaları dəyişir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiyada vətəndaşlıq alınması qaydalarında dəyişiklik olunacaq.

İstixeber.info xəbər verir ki, irəli sürülən təklifə əsasən, Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilərlər.


Belə bir təklif Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər.

Bundan əlavə, Rusiya ali məktəblərində, o cümlədən MDB və Baltikyanı dövlətlərin aparıcı universitetlərində təhsil almış əcnəbilərin ölkədə müvəqqəti qalmaq və yaşamaq, vətəndaşlıq almaq qaydaları asanlaşdırılacaq.\unikal

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26