BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Alimlər solaxaylığın səbəblərini açıqlayıblar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Maks Plank Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni faktlar aşkarlayıblar. Alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub.

İstixeber.info saglamolun.com-a istinadən bildirir ki, 500 min insan üzərində aparılmış araşdırmalar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

 

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub. Tədqiqatlarda iştirak etmiş 501730 nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26