BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Lotu Quli və qırmızı paltarlı qadın… – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Rusiya KİV-ində Lotu Quli ləqəbli azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun qadınla rəqs etdiyi video yayılıb. Videoda Qulinin və digərlərinin həzin musiqinin müşayəti ilə rəqs etdiyi əks olunub. Məclisin harada və hansı səbəbdən keçirilməsi haqda bilgi verilmir.

İstixeber.info musavat.com-a istinadən xəbər verir ki, avqustun sonunda Qulinin 47 yaşı tamam olub. Azərbaycanlı “qanuni oğru” bu səbəbdən özünə təmtaraqlı ad günü keçirib. Xəbərdə deyilir ki, əvvəllər “qanuni oğru”nun zərif cinsin nümayəndəsi ilə münasibətlərinin tirajlanmsı “oğru”nun reputasiyasına mənfi təsir edə bilərdi.

 

Qeyd edək ki, 80-ci illərədək “qanuni oğru”ların hətta ailə qurması belə “qanundankənar” hesab olunurdu. Ümumi izahat bu idi ki, ailə institutu “qanuni oğru”nun zəif yeri ola bilər. Neçə illərdir ki, bu “qanun” qüvvəsini itirib və “qanuni oğru”lar evlənir, övlad sahibi olur, nəsilləri davam edir. Xəbərdə Rusiya kriminal polisin sabiq rəisi Yevgeni Xarlamovun rəyi də yer alıb. O da təsdiq edib ki, artıq “qanuni oğrular” da şəxsi həyatları barədə xəbərlərə tolerant yanaşırlar və zərif cinsin nümayəndələri ilə əyləncə məclislərində çəkilmiş videoların yayılmasındam narahat olmurlar.

Kriminal polisinin sabiq rəisinin sözlərdən belə başa düşmək olar ki, “oğru dünyası” yeni “islahatlar” ərəfəsindədir.

Yada salaq ki, ilin əvvəlində keçmiş SSRİ ərasində “qanuni oğru”ların mərkəzləşdiyi Rusiyada yeni qanun qüvvəyə minib. O qanuna görə, “mən qanuni oğruyam” deyib kriminal kastadakı statusunu təsdiq edən şəxsə 15 ilədək həbs cəzası veriləcək. Bu səbəbdən “qanuni oğrular” indi çəmiyyətdə qapalı adamlar olmadığı barədə rəylərdə maraqlıdırlar.

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26