BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cinsi istəyi artıran qidalar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cinsi istəksizlik, iqtidarsızlıq, frigidlik, zəiflikdən şikayətlənən gənc və orta yaşlı kişi və qadınlar üçün dərmansız bu sahədə yaxşı nəticə almağın yolları var.

Hər şeyin əvvəli və sonu qidalanma ilə bağlı olduğu üçün, bu problemlər də pis, zəif qidalanmadan qaynaqlanır

Menyunuzda hər gün bunlardan 6-7-si olsun, 1 ay sonra nəticəyə baxın.

İstixeber.info Medicina.az-a istinadən sizə cinsi istəyi artıran qidaları təqdim edir.

Aloe

Aloenin şirəli, lətli yarpaqlarından ətçəkəndə çəkib, üzərinə bir qədər bal əlavə edib, gündə 2 dəfə bir şay qaşığı qəbul edin. Aptekdə də aloenin maye ekstraktı satılır. Onu da qəbul edə bilərsiniz. Kurs 4 həftədir

Ənginar

Azərbaycanda bu tərəvəzi yemirlər, amma türklər hər gün dolmasını bişirir. Fransızlar onu “genital orqanları qızışdıran” adlandırır.

Siz də ənginarı əldə edin. Çox faydalıdır.

Banan

Ehtiraslandırıcı meyvədir. Qozla birlikdə səhər və axşam yeyilə bilər

Reyhan

Həm ağ, həm tünd reyhan cinsi qabiliyyəti artırır. Ona görə italyanlar bu bitkini hər yeməkdə istifadə edir

Vanil

Sinir sisteminə sakitləşdirici təsir göstərir, qoxusu seksual istək oyadır. Tez-tez vanil iyləyin

Kürü

Sevgi, ehtiras çörəyi adlandırılır. Tərkibində olan mikroelementlər cinsi funksiyaları aktivləşdirir

Zəncəfil kökü

Çin, Yaponiya və Hindistanda cinsi iqtidarsızlıq halında qədimdən kişilərə dərman kimi verilib. Çox güclü afridiziakdır

Küncüt toxumu

Bala qatılıb yeyildikdə, oyadıcı təsir göstərir

Soğan

Qırmızı və hövsan soğanını bol edin. Stimulə edir, ehtiraslandırır, gücləndirir

Manqo

İlahi nemətdir. Qadınlara da təsir edir

Bal

Tanrıların qidasıdır. Cinsi orqanlara enerji verir, isidir, qoz, meyvə ilə birlikdə yedikdə güclü təsir edir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26