BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həbibin növbəti döyüşü harada olacaq? – Özü açıqladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb.

İstixeber.info Oxu.az-a istinadən bildirir ki, Həbib daha sonra növbəti döyüşünü Rusiyada da keçirə biləcəyini deyib.

Nurməhəmmədov “Instagram” hesabında yazıb: “Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu”.

Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə  yüngül çəkidə çempion titulunu qazanmışdı.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26