BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Donalda Trampa şok qadağa: Putinlə danışa bilməz


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ABŞ Prezidentinin impiçment proseduruna başlanmasına səbəb olan Tramp-Zelenski arasındakı telefon müzakirəsinin stenoqramı ictimaiyyətə açıqlandıqdan sonra Ağ Ev mümkün olan növbəti qalmaqallı olayların qarşısını almaq üçün ehtiyat tədbirlərinə başlayıb.

İstixeber.info teleqraf.com-a istinadən bildirir ki, Ağ Ev Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Məhəmməd bin Salmanla baş tutan telefon danışıqlarına girişə maneə yaradıb.

 

Ədliyyə Nazirliyi tərəfindən yayımlanan stenoqramda Tramp avqust ayında Zelenskidən 2020-ci il prezident seçkilərində rəqibi olacaq Co Baydenin fəaliyyətinin araşdırılmasına başlanması, bunun üçün ədliyyə naziri Villiam Barr ilə əməkdaşlıq edilməsini istəyib.

Bundan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının lideri Nensi Pelosi Trampın demokratların namizədi Baydeninin Ukraynada araşdırılması tələb etməsi ilə qanunları pozduğunu elan edib və ona qarşı impiçment proseduruna başlandığını bildirib.

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26