BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax məktəbliləri arasında ” Zirvə ” adlı intellektual bilik yarışması keçirildi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

25 sentyabr 2019-cu il tarixdə şəhər 2 nömrəli tam orta məktəbdə Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz ” televiziyasının layihəsi çərçivəsində Yevlax rayon məktəbliləri arasında ” Zirvə ” adlı intellektual bilik yarışması keçirildi.

İstixeber.info xəbər verir ki, yarışmada şəhər məktəblərindən 7 komanda, hər komandada isə 4 şagird iştirak edirdi.Yarış başlamadan öncə verlişin aparıcısı şagirdlərə intellektual bilik yarışmasının qaydaları haqqında ətraflə məlumat verdi.Oyun zamanı komandalar üçün  8 fənn (Azərbaycan dili, Ədəbiyyat, Tarix, Cografiya, Kimya, Bialogiya, Fizika və Riyaziyyat) üzrə səkkiz sual səsləndirildi. Hər bir sual bir xalla dəyərləndirilirdi.

 

Üç mərhələdən ibarət keçirilən yarışmada şəhər 7 nömrəli tam orta məktəbin komandası daha çox xal toplayaraq oyunun qalibi seçildi.Rayon birincisi seçilən şəhər 7 nömrəli tam orta məktəbin komandası Gəncə şəhərində keçiriləcək zona birinciliyində iştirak edəcəkdir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26