BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Saxta diplom satan “AZƏRİQAZ” əməkdaşının öz diplomu saxta çıxdı – FOTO FAKT


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azəriqaz İstehsalat Birliyininin Tərtər Regional Qaz İstisnar İdarəsinin keçmiş əməkdaşı Asəf Hətəmov haqqında saytımıza maraqlı məlumatlar daxil olub.

İstixeber.info xəbər verir ki, Asəf Hətəmov uzun müddət Azəriqaz İB-nin Yevlax və Fizuli rayonları üzrə müdiri vəzifəsində çalışıb. Asəf Hətəmov elə Yevlaxda işləyərkən Azəriqaz tərəfindən yoxlamalar aparılan zaman işində nöqsanlar aşkarlandığı üçün aylıq əmək haqqından 20 % tutulmaqla canı qurtara bilmişdi. A. Hətəmov bundan nəticə çıxarmamış, əmək haqqından tutulan 20% -i çıxarmaq üçün bütün işçilərindən haqq hesab tələb etmişdir. Asəf Hətəmov haqqında şikayətləri sadalamaqla bitməz. Azəriqaz İB-nin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax rayon şöbəsinin əməkdaşlarına saxta diplom düzəltmək, qeyri-qanuni işə düzəlmək üçün külli miqdarda pul almasıda gündəmi zəbt edən mövzuya çevrilmişdir.

Bu barədə həmin pul verən şəxslərdən biri aidiyyatı qrumlara müraciəti nəticəsində Asəf Hətəmov vəzifəsindən uzaqlaşdırılıb. Aldığımız məlumata görə, Yevlax rayon prokurorluğunda barəsində cinayət işi açılıb.

 

Daha bir maraqlı fakt isə odur ki, saxta diplom hazırlayıb satan A.Hətəmovun öz diplomu saxta çıxıb.

Əməkdaşımız A. Hətəmova xəng edərək barəsində yayılan məlumatların nə qədər doğru olub-olmadığını dəqiqləşdirməyə çalışıb.

A. Hətəmov məmur adına yaraşmayan tərzdə əməkdaşımıza “get işinlə məşğul ol” ifadəsini işlədib.

Hörmətli A.Hətəmov nəzərinizə çatdıraq ki, biz sizin qeyd etdiyiniz kimi işimizlə məşğuluq. Bizim işimizlə bağlı Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev “KİV” haqqında Qanun imzalayıb.

“KİV” haqqında Qanunun 8-ci maddəsinə əsasən jurnalistin hüquqları:

– İnformasiya axtarmaq, seçmək və yaymaq;

-vəzifəli şəxs tərəfindən qəbul edilmək;

– hər hansı suala 24 saat ərzində cavab almaq;

-mitinq və nümayişlərdə iştirak etmək hüquqları var.

Məsələni daha da dəqiqləşdirmək üçün Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfəovla əlaqə saxladıq. Ceyhun müəllim qeyd etdi ki, Asəf Hətəmov Azəriqaz İB-dən öz könüllü ərizəsi ilə işdən azad edilib. O ki, qaldı vətəndaşlarla aralarında pul haqq hesabına, həmin vətəndaşlara demək istəyirik ki, hüquq mühafizə orqanlarına aralarındakı gərginlik barəsində müraciət edə bilərlər. Saxta diplomla bağlı müraciətinizlə bağlı məlumatımız yoxdur- deyə qrumun mətbuat katibi qeyd etdi.

Mövzuya qayıdacağıq…

İstixeber.info Yevlax

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26