BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rəşid Behbudov küçəsində yarış keçirən sürücülər – VIDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oxucularımızdan biri saytımıza videoregistrator vasitəsi ilə qeydə alınmış videogörüntü göndərib.

İstixeber.info xəbər verir ki, 26 sentyabr 23:34 radələrində Rəşid Behbudov küçəsində bir qrup sürücü digər hərəkət iştirakçılarına təhlükə yaradaraq yarış təşkil etmişlər. Təəssüf ki, sutkanın qaranlıq vaxtı olması səbəbindən onların dövlət qeydiyyat nişanları oxunmur. Oxucumuz xahiş edir ki, əgər mümkünsə DYP rəsmiləri təhlükəsiz şəhər kamerlarının görüntüləri nəticəsində sürücülərin məsuliyyətə cəlb olunmasına yardımçı olsun. Xatırladaq ki, əgər həmin sürücülərin icazə verilən maksimum sürət həddini 60 km/saat aşdığı sübuta yetirilərsə İnzibati Xətalar Məcəlləsinin 511.3 maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər.

 

İnzibati Xətalar Məcəlləsinin 511.3 maddəsində göstərilir ki, *bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.*

Videogörüntünü təqdim edirik.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26