BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba 6 saylı məktəbin müəlliməsi: “Kimə şikayət edim?” – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba rayonu 6 saylı məktəbin müəlliməsi İsmayılova Təranə Muradverdi qızı saytımıza müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

Hörmətli İstixeber.info İnformasiya Agentliyi! Mən 2012-ci ildən Quba rayonu 6 saylı orta məktəbində müəllimə olaraq işləyirəm.2012-ci ildən Quba şəhər 6 nömrəli tam orta məktəbinə UBTR vəzifəsinə daxil olmuşam.Həmin ildən texnologiya və informatika dərslərini tədris etmişəm. 2012-ci ildən müddətsiz müqaviləli müəllim kimi işləyirəm.

2014-cü ildə artıq məktəbin müddətsiz müqaviləli müəllimi olduğum üçün məktəbəqədər hazırlıq sinfi verildi.Və davamlı olaraq 1-ci sinifdən 4-cü sinifə qədər rəhbərlik etmişəm. Amma 2019-cu ildən mənə dərs demək üçün sinif verilmədi. Səbəb kimi isə imtanlarda iştirak etməməyim göstərildi. Onuda nəzərinizə çatdırım ki, müəllimlərin işə qəbulu və Diagnostik qiymətləndirmədə iştirak etmişəm və yüksəkdə bal yığmışam.2016-cı ildə diaqnostik qiymətləndirmədə iştirak edib 50 bal topladım.2017 -ci ildə artıq bütün müəllimlər könüllü şəkildə MİQ iştirak edə bilərdi. Mən də iştirak etdim. İmtahan nəticələrim olan sənədləri sizə təqdim edirəm. 2016-cı ildə MİQ -da iştirak üçün qeydiyyatdan keçdim. Təhsil Nazirliyindən “Siz Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə müəllim işlədiyiniz üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzsiniz” cavabını aldım. Bu məsələ ilə bağlı neçə dəfələrlə Məktəb direktorunun, Quba təhsil şöbəsinin, İH-nin səlahiyyətli nümayyəndələrinin qəbulunda olmuşuq. Əfsuslar olsun ki, bizi dinləyən və kömək edən tapılmadı. Hər dəfədə bizə sakit olun həll edərik deyirlər. Artıq dərslər başlayıb məktəbdə sinif almağım üçün əlavə şagirdlərdə var. Nə edim bilmirəm. Çox xahiş edirəm mənim şikayətimi aidiyyatı qurumlara çatdırasınız.

 

Təranə xanımın şikayətini dinləyib Quba 6 saylı məktəbin direktoru Elvin Bayramovla telofon əlaqəsi saxladıq. Elvin müəllim bildirdi ki, həmin müəllimə neçə ildir bu məktəbdə işləyir. Təranə müəllimənin yenədə sinif almasında bir problem yoxdu. Sadəcə olaraq imtahanla bağlı Təhsil Nazirliyindən ona verilən rəsmi sənədi mənə təqdim etsin və məndə həmin sənədi Quba Təhsil şöbəsinə təqdim edim, qərar verilsin və müəlliməyə sinif verilsin.

Məktəb direktorunun verdiyi ümidverici sözləri dinləyib Quba Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevlə əlaqə saxladıq. Rüfət müəllim birmənalı olaraq qeyd etdi ki, adı sadalanan Təranə müəllimə 2014-cü ildə MİQ-dən kənar işə qəbul olunub. Son imtahanlarda lazımı balı yığmayıb. Müəllimə imtahanlardan 41 bal toplayıb. Ona görədə bu ilki sinif digər müəlliməyə – Lətafət Mirzəyevaya verilib. Buna baxmayaraq təhsil ocağında Təranə müəlliməyə dərs saatları verilib.

Sadalanan məsələ ilə bağlı Quba İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdiri Tariyel İbrahimovla əlaqə saxladıq. Tariyel müəllim məsələnin İH-nə aidiyyatı olmadığını və məsələ ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağı bildirdi.

Saytımıza edilən istənilən şikayəti araşdırma üzrə təqdim etdiyimizdən Təhsil Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa cəhd etsəkdə xidmətin rəhbəri Cəsarət Valehovu yerində tapa bilmədik.

Məsələni qüvvədə saxlayır, qarşı tərəflərin  mövqeyini dərc etməyə hazırıq…

İstixeber.info İnformasıya Agentliyi Quba 25.09.2019

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26