BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Heyvan oğurlayan Xaçmaz sakinləri saxlanıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Heyvan oğurlayan şəxslər saxlanıldı

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iri buynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.

 

Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Tağıyev olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan tədbirlər nəticəsində onların törətdikləri başqa oğurluq hadisələrinin də üstü açılıb. Belə ki, M.Məmmədquliyev və Z.Tağıyev Quba rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, iki fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayıblar.

Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26