BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ” Xayme Romeronu itirdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Qarabağ” Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə “Zirə” üzərində inamlı qələbəyə sevinsə də, heyətlə bağlı ciddi itki ilə üzləşib.

İstixeber.info matc.az-a istinadən bildirir ki, qarşılaşmanın sonlarında ispaniyalı yarımmüdafiəçi Xayme Romero zədə alıb.

 

Çiynindən zədə alan futbolçu oyunu davam etdirə bilməyib. Həkimlər onun meydanı tərk etməsinə qərar veriblər. Bu üzdən də baş məşqçi Qurban Qurbanov Xaymenin əvəzində 84-cü dəqiqədə meydana Toral Bayramovu buraxıb.

Qeyd edək ki, ilk yarıda “Zirə”nin müdafiəçisi Miloş Bakraç da zədələnib və onu Tellur Mütəllimov əvəzləyib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26