BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ermənilər əsgərimizi vurdu? – MN məlumat yaydı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Bu barədə İstixeber.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nazirlik əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunduğunu bildirib.

Müdafiə Nazirliyi onu da qeyd edib ki, Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

Qeyd edək ki, bu barədə Erməni mətbuatı məluamat yaymışdı. Məlumata görə, “22 sentyabr saat 16: 15-də Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinin cənub-şərq istiqamətində təxribat yolu ilə nüfuz etməyə cəhd edilib. DQR Müdafiə Ordusunun hərəkətləri nəticəsində düşmən neytral zonada 1 cəsəd buraxaraq ilkin vəziyyətinə qaytarıldı”

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26