BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Daha bir “Sığmazam” gəlir – Fərqanə Qasımovadan tam FƏRQLİ İFA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əməkdar artist Fərqanə Qasımova da Nəsiminin “Sığmazam” qəzəlinə mahnı yazdırıb.

İstixeber.info xəbər verir ki, bu barədə əməkdar artist özü açıqlama verib. Nəsiminin sözügedən qəzəlinin ictimaiyyətə çox bəsit şəkildə təqdim edilməsinin onu aylardır narahat etdiyini dilə gətirən sənətçi bildirib ki: “Milli Konservatoriyada təhsil alan iranlı bir tələbənin Nəsiminin “Sığmazam” qəzəlinə yazdığı mahnı üzərində işləyirəm. Demək olar ki, son hazırlıq işləri gedir. Müəllif Nəsiminin eyniadlı qəzəlinə çox fərqli yanaşıb. Əslində Nəsimini sözügedən qəzəlinin çox bəsit şəkildə təqdim edilməsi məni aylardır narahat edirdi. İçimdə buna qarşı kəskin bir etiraz var idi. Eşidəndə ki, belə bir musiqiçi bu qəzələ mahnı bəstələyib mütləq onunla görüşüb tanış olmaq istədim. Mahnını dinlədim xoşum gəldi. Hələ heç yerdə ifa etməmişəm.

F.Qasımova həmin mahnıya klip çəkdirəcəyini də deyib: “İstəyirəm bu il mahnını tamaşaçılara kliplə təqdim edim”. (bakupost)

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26