BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda növbəti səyyar görüş Quşçu kəndində keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhər Quşçu kəndində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının səyyar görüş-qəbulu keçirilmişdir.

İstixeber.info xəbər verir ki, Qoca Səmədov çıxış edərək möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir regionunun günü gündən inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq səviyyədə artdığını bildirmişdir.

Kənd sakinləri söz alaraq sosial yardım, elektrik enerjisi ilə bağlı köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı tərəfindən, səsləndirilmiş mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar,tövsiyyələr verilmişdir.

Səyyar görüşdə Prezident Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov iştirak etmişdir.

Vəfadar Bağırov yığıncaqda çıxış edərək İlham Əliyev tərəfindən respublikamızda sosial-iqtisadi sahədə görülən işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etmişdir.

Görüşün sonunda kənd sakinləri ölkəmizin inkişafı və insanların sosial vəziyyətinin yaxşılaşdırdığı üçün ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq etmişlər.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26