BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda təcrübə keçən növbəti könüllülərə sertifikatlar verildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhər İcra Hakimiyyətində təcrübə keçən növbəti könüllülərə sertifikatlar verilib.

İstixeber.info xəbər verir ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının I müavini Qənimət Qaraşov çıxış edərək ölkəmizdə kölüllülük hərəkatının inkişafından, ölkə prezidenti cənab İlham Əliyevin könüllülük hərəkatına göstərdiyi diqqət və qayğıdan söz açıb.

Daha sonra Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova rayonda könüllülklə bağlı görülən işlərdən bəhs edib. Könüllülərə qazandıqları təcrübənin iş həyatlarında uğurla tədbiq etmələrini arzulayıb.

 
Könüllülərdən Afət Əhmədli, Fuad Adıgözəlov və Nərmin Yahyayeva isə bu müddət ərzində əldə etdikləri təəssüratlardan bəhs edərək şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədova onlara göstərdiyi diqqətə və yaratdığı münasib şəraitə görə təşəkkür ediblər.

Sonda könüllülərə sertifikatları təqdim olundu.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26