BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Tibbi xidmətlər pulsuz olacaq” – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bəzən səhv anlayırlar ki, xəstəxanalar publik hüquqi şəxs olduqda tibbi xidmətlər pullu olacaq. Bu, o demək deyil ki, publik hüquqi şəxs olmaqla xəstəxana pullu xidmətə keçir.

İstixeber.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev “Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir. Bu ilin sonuna qədər proses başa çatacaq.

Z.Əliyevin bildirdiyinə görə, xəstəxanaların publik hüquqi şəxs olması onlara çeviklik verir. Onlar bununla həm maliyyə resurslarını rahat idarə edə, həm də İTSDA-dan və digər qurumlardan vəsait qəbul edə bilərlər.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26