BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sumqayıt Teatrında “Solğun çiçəklər” tamaşasına ictimai baxış olub – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış keçirilib.

İstixeber.info xəbər verir ki, Teatr rəhbərliyinin gənclərə dəstəyi, ayrı ayrı məktəb və üslublara məxsus rejissorlarla yaradıcılıq mübadiləsi çərçivəsində kino və teatr rejissoru və prodüser Elşən Zeynallının quruluş verdiyi “Solğun çiçəklər” tamaşası maraqla qarşılanıb.

Böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanan əsər quruluşçu rejissorun kreativ yanaşmasında , müasir yozumunda yenə aktualdır. Rolları əməkdar artistlər İzaməddin Bağırov, Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov, Elay Xasiyev, Aynur Hümmətova, Sevda Hüseynova,Mətanət Əmirullayeva, Məryəm Hüseynova və Dağlar Rüstəmov ifa edirlər.

Quruluşçu rəssamlar Elşən Sərxanoğlu və Şahin Hüseynli, musiqi tərtibatçısı İradə Muradovadır.

İctimai baxışda Mədəniyyət Nazirliyinin məsul işçiləri Sevda Ağayeva və Könül Cəfərova, bədii şura üzvləri və şəhərin ziyalıları iştirak ediblər.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov yeni tamaşa münasibətilə rejissoru və yaradıcı heyəti təbrik edib, bundan sonra da istedadlı rejissorların teatra cəlb olunacağını bildirib. Digər çıxış edənlər yeni quruluşun bədii-estetik məziyyətlərindən danışdılar, traktovkanın maraq doğurduğunu dilə gətirdilər, eyni zamanda xırda qüsurları qeyd ediblər./open.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26