BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Deputat çayxanaları pislədi, oğlunun isə 5 mərtəbəli çayxanası – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Deputat Elmira Axundova sosial şəbəkə istifadəçilərinin tənqidlərinə məruz qalıb.

İstixeber.info xəbər verir ki, deputatın hədəfə gəlməsinin səbəbi çayxanalar barədə səsləndirdiyi fikirlərdir.

Elmira Axundova Milli Məclisin Mədəniyyət komitəsinin iclasında gənclərin çayxanalara üz tutmasından gileylənib.

“Yerlərdə gənclərlə, cavanlarla bağlı məsələ düşündürücüdür. Çayxanalar bu gün onların “əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir.

Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz”,- deyə deputat bildirib.

Prinsipcə Elmira Axundovanın fikirlərində hər hansı qəbahət yoxdur. Əksinə, deputat doğrudan da aktual mövzuya toxunub. Lakin məsələ burasındadır ki, Bakıda ən iri çayxanalardan biri Elmira Axundovanın oğluna məxsusdur. Söhbət “Çardaq” çay evindən gedir.

Bir neçə mərtəbədən ibarət olan çayxana Nərimanov rayonu ərazisində fəaliyyət göstərir. Elmira Axundova bu faktı təkzib edə bilməz. Çünki sözügedən çayxana barədə deputatın oğlu Həbib Axundov da danışıb. O, mediaya açıqlamasında belə bir çayxanasının olduğunu bildirmişdi. Bu baxımdan sosial şəbəkə istifadəçiləri Elmira Axundovanın səmimi olmadığını qabardaraq onu tənqid atəşinə tutublar./yenisabah

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26