BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Azərişıq”a məxsus maşın dərəyə aşdı: Ölənlərin adları bilindi FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində ölənlərin kimlikləri bəlli olub.

İstixeber.info Oxu.az-a istinadən xəbər verir ki, bunlar Sumqayıt sakinləri – 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmovdur.

İstixeber.info

13:54

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində yaralananların kimlikləri bəlli olub.

İstixeber.info-nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakinləri – 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğludur.

S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İ.Rəsulova qapalı kəll-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır./oxu.az

İstixeber.info

12:45

Qubada “Azərişıq” ASC-yə məxsus maşın aşıb.

İstixeber.info xəbər verir ki, hadisə rayonun Söhüb kəndində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, ikisi isə xəsarət alıb. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq aşdığını təsdiqləyib:

“Hadisə nəticəsində qurumun iki əməkdaşı ağır xəsarətlər alıb. Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir. Hadisənin səbəblərinin araşdırılması üçün rəhbərlik Qubadadır”.

Faktla bağlı araşdırma aparılır./oxu.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26