BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan nefti bahalaşıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 71,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,36 dollar/barel çoxdur.

İstixeber.info Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 68,2 dollar/barel olub, bu da əvvəlki göstəricidən 7,11 dollar/barel azdır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26