BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda 15 sentyabr “Bilik Günü” qeyd olundu – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

15 sentyabr yeni tədris ilinin başlanması – Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi Yevlax rayonunda da yüksək səviyyədə qeyd olunub. 

İstixeber.info xəbər verir ki, Yevlax rayon 2 nömrəli tam orta məktəbdə “Bilik Günü” münasibəti ilə tədbir keçirilib. Tədbiri məktəbin direktoru  Sədaqət Şükürova açıq elan etdi.

Daha sonra söz Yevlax rayon Təhsil Şöbəsinin müdiri Xaləddin Niftəliyevə verilib. Xaləddin Niftəliyev məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması – bilik günü münasibəti ilə Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun və rayon Təhsil Şöbəsi  adından təbrik edib. Qeyd  edib ki, hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri var. Yevlaxlılar xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri var.

Xaləddin Niftəliyev qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilə diqqət və qayğının nəticəsidir ki, rayonumuzun şagirdləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. “Rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 324 nəfəri ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olunan məzunlardan  37 nəfəri  500, 6 nəfəri 600-dən çox bal toplayaraq tələbə adını qazanıb” – deyə Xaləddin Niftəliyev vurğulayıb.

Onun sözlərinə görə, bu il 1375 nəfər I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçib.

Xaləddin Niftəliyev birinci sinfə qədəm qoyan şagirdləri bir daha təbrik edib, onlara uğurlar arzulayıb, məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə edib.

Daha sonra çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Yevlax rayonunda təhsilə göstərilən diqqət və qayğıdan, bu  sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdılar.

Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin ən maraqlı hissəsi isə balaca məktəblilərin çıxışları oldu. Onlar məktəbə ilk qədəmlərini qoysalar da vətənə, anaya, müəllimə aid şerləri çox məharətlə söylədilər.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26