BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Məhəmmədrəsul Məcidov nokautla qələbə qazanıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Həvəskarlar arasında üçqat dünya çempionu olan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşünü keçirib.

İstixeber.info xəbər verir ki, 32 yaşlı boksçu sentyabrın 13-də Nyu-Yorkda amerikalı Ed Fonteynlə üz-üzə gəlib.

M.Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə başa çatıb. O, döyüşün 4-cü raundunda E. Fonteyni texniki nokautla məğlub edib. Bu, 30 yaşlı amerikalının karyerasında 7-ci məğlubiyyət olub.

Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli müqavilə imzalayan M.Məcidov tanınmış promouter Eddi Heynlə çalışır./Apa

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26