BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gəncədə ana övladının əlinə siqaretlə damğa basdı, uşaq evdən qaçdı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycanda ana azyaşlı övladının əlinə siqaret kötüyü basıb. Nəticədə uşaq evdən qaçdı. Gəncədə azyaşlı anasının ona qarşı davranışına dözə bilməyib.

İstixeber.info bildirir ki, hadisə şəhərin İstanbul küçəsi 34 ünvanında qeydə alınıb. Səbinə Həsənpur adlı qadın 2008-ci il təvəllüdlü övladı Aysunu içkinin təsiri altında döyərək əlinə siqaret kötüyü basıb.

Buna dözməyən uşaq evdən qaçaraq yaxınlıqda dayanan KamAZ markalı avtomobilin altında gecələyib. Bu zaman qonşu uşağı görüb əraziyə polis dəvət edilib. Uşaq hazırda Gəncə Uşaq Evinə verilib və səhhəti yaxşıdır.

Polis hazırda bu vəhşiliyi törədən ananı axtarır. Məhkəməyə müraciət edilib və Səbinə Həsənpurun analıq hüququndan məhrum edilməsi gözlənilir. Bildirək ki, qadının Aysun Həsənpurdan başqa daha 6 uşağı var.

Bu uşaqlardan üçü atasının himayəsində yaşayır./BAKU.WS

Azərbaycanda ana övladının əlinə siqaret kötüyü basdı, uşaq evdən qaçdı - FOTO

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26