BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qırmızı”da keçən FHN-nin əməkdaşı qəza törətdi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb FHN-nin Şimal Regional İdarəsinin Yanğından Mühafizə bölməsinin əməkdaşları işıqforun qırmızı işığının tələbinin pozması olub.

Belə ki, FHN-nin əməkdaşı Rəşid Məmmədov idarə etdiyi 10-LR-752 (avtomobilin sahibi FHN-nin əməkdaşı Əkbər Feyzullayev də avtomobildə olub) dövlət qeydiyyat nişanlı, Volqa Gaz-3111 markalı avtomobillə, Bəxtiyar Balamətovun idarə etdiyi 99-LE-663 dövlət qeydiyyat nişanlı, VAZ2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib.


Faktla bağlı Xaçmaz RPŞ-nin DYP bölməsi araşdırma aparır.

Aldığımız məlumata görə, FHN-nin əməkdaşlarının idarə etdikləri şəxsi avtomobilləri  işıqforun qırmızı işığının tələbinin pozması hadisəsi dəfələrlə müşahidə edilib. FHN-nin əməkdaşları idarə etdikləri xidməti avtomobilləri ilə şəxsi avtomobilləri deyəsən səhv salıblar.

FHN-nin mətbuat xidmətinin məlumatını dərc etməyə hazırıq…

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26