BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Səfayə Əhmədova vəzifəyə təyin olundu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tanınmış jurnalist, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı Səfayə Əhmədova yeni vəzifəyə təyin edilib.   

İstixeber.info xəbər verir ki, S.Əhmədova İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsinə təyin edilib.

Səfayə Əhmədova  məlumatı təsdiqləyib və artıq işinin başında olduğunu deyib: “Etimad göstərib bu vəzifəyə layiq bildiyi üçün İçərişəhər Qoruq İdarəsinin rəhbərinə minnətdarlığımı bildirirəm”. 12 il Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışdığı dönəmdə mətbuatla səmərəli əməkdaşlıq qurmağı bacaran, peşəkarlığı, davranışları ilə nüfuz qazanan Səfayə Əhmədova 2019-cu il avqustun 16-da həmin işindən öz istəyi ilə ayrılmışdı. Qeyd edək ki, S.Əhmədova Səhiyyə Nazirlyindən əvvəl “Burc Fm” radiosunda, “Space”, “Lider” telekanallarında aparıcı, xəbərlər departametinin rəhbəri vəzifəsində, habelə “Kaspi” qəzetində çalışıb. (musavat.com)

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26