BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir” – Əflatun Amaşov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib. Daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir”.

İstixeber.info-nun xəbərinə görə, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: “Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir”./unikal

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26