BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YOL POLİSİ TƏRƏFİNDƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLİR – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

DYP məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

“Diqqət uşaqlar!” adı altında keçirilən tədbirdə polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında bir sıra işlər görülüb. Bura qeyd olunan ərazilərdə yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir.

Bundan əlavə DYPB əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi daşıyan maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26