BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Məhsul” təmirə dayanır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı şəhəri, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanıb.

İstixeber.info xəbər verir ki, bu barədə “Report”a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar bildirilir ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: “Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilmiş və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədi ilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26