BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xəzərə düşən şəxs xilas edilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xəzər dənizində boğulma təhlükəsi ilə üzləşən vətəndaşı xilas edib.

İstixeber.info-ya Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26