BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevirdə obyektdən soba oğurlayan şəxs saxlanılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mingəçevirdə obyektdən oğurluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, avqustun 30-da Mingəçevir Şəhər Polis Şöbəsinə obyektlərin birindən 4 ədəd əhəng daşı bişirmək üçün istifadə edilən sobaların oğurlanması barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxsin Mingəçevir şəhər sakini Akif Hüseynov olması müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

İlkin ifadəsində A.Hüseynov oğurladığı həmin sobaları hissələrə ayıraraq metal qəbulu yerlərinə 1200 manata satdığını etiraf edib. Davam etdirilən tədbirlərlə sobaların hissələri həmin metal qəbulu yerlərindən maddi sübut kimi götürülüb.
Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26