BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudat-Qusar yolunda dəhşətli qəza. Ölən və xəsarət alanlar var. (ADLARI) FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat-Qusar yolunda xölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, bu gün səhər saatlarında Xudat-Qusar yolunun Balaqusar kəndinin ərazisində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Beləki, dövlət nömrə nişanı 62 BM 945 mersedes 190 markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə sürücü Zeynulla Cəbrayılov, sərnişinləri: Atluxanoba kənd sakinləri 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva, 39 yaşlı Pərvanə Babayeva və 28 yaşlı Mina Qurbanova müxtəlif bədən xəsarətləri ilə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aldığımız son məlumata görə, qəzaya düşən sərnişinlərdən biri Qusar rayon Atlıxanoba kənd sakini 39 yaşlı Babayeva Pərvanə dünyasını dəyişib.

Hadisə yerində DYP araşdırma aparır.

Rəşad Ağaşirinov Qusar

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26