BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Vilayət Eyvazov rəislərin yerini dəyişdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər naziri Vilayət Eyvazov bir sıra kadr dəyişiklikləri edib.

İstixeber.info xəbər verir ki, Səbail rayonu 39-cu polis bölməsinin rəisi Ayxan Bağırov Yasamal rayonu 29-cu polis bölməsinə rəis təyin edilib.

Nazirin daha bir əmrilə Sabunçu rayon 42-ci polis bölməsinin rəisi Tərxan Əhmədov Nardaranda yeni yaradılmış polis bölməsinə rəis gondərilib.

Bundan əlavə Səbail rayon 39-cu polis bölməsinin rəis müavini Müşfiq Gözəlov 9-cu polis bölməsinə rəis müavini vəzifəsinə göndərilib.

Qeyd edək ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş icra başçısı Mikayıl Gözəlovun oğludur.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26