BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siyəzəndə ana üç azyaşlı övladı ilə birlikdə itkin düşüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ailəsi onu axtarır

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.


Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26