BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ölüm saçan sürücü 10 ZL 051 – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oxucularımızdan biri öz avtomobilinə quraşdırılmış videoregistrator ilə çəkilən qayda pozan sürücünün görüntüsünü bizə göndərib və məsələnin ictimailəşməsini, sürücüyə protokol yazılması üçün köməklik etməmizi xahiş edib.

İstixeber.info xəbər verir ki, 25 avqust 17:14 radələrində 10 ZL 051 dövlət qeydiyyat nişanlı “Dodge” markalı avtomobilin sürücüsü Kənar Dairəvi yolun Yeni Yasamal qəsəbəsinə gedən hissəsində hərəkət edərkən, ötmənin qadağan olmasına, yolun asfalt örtüyündə 1.1 xəttinin olmasına məhəl qoymayaraq tam olaraq əks yola çıxıb qarşı tərəfdən gələn sürücü üçün həyati təhlükə yaşadıb. Qəzanın olmasına bəlkə də bir saniyədən də az zaman yetməyib. Biz də sürücüləri bir daha yollarda təhlükəsizlik, yol hərəkəti qaydalarına riayət etməyə səsləyirik.

Ümid edirik ki, DYP səlahiyyətliləri tezliklə bu sürücü barədə qanunamüvafiq tədbir görəcək.

Həmin videogörüntünü sizlərə təqdim edirik:

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26