BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yeni işıq xətlərinin arasında unudulan işıqsızlar – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz rayonu Qusarçay kəndinin “Vağzal” adlanan küçəsinin sakinləri işıq xətlərinin bərbadlığından və işıq dirəklərinin yararsız olmasından saytımıza şikayət məktubu yollayıblar.

Çəkiliş qurupumuz adı çəkilən ünvanda olub.

Sakinlər iddia edir ki, biz səkkiz ailə işıq üzünə həsrət qalmışıq. Kəndin hər yerinə yeni işıq dirəkləri, yeni işıq xətləri çəkilib. Amma bu iş görüləndə bizi unudublar. Neçə dəfələr ilə aidiyatı qurumlara müraciət etmişik. Hələki bir faydası yoxdur. Yay aylarıdır evdə məişət avadanlıqlarımız var. İşığın zəifliyinə görə əl-ayağımız kəsilib qalıb. Nə edək?Kimə deyək? Çox xahiş edirik bizim bu məsələni ictimailəşdirin.
Sakinlərin şikayətini dinləyib Azərişıq ASC-nin Xudat şöbəsi ilə əlaqə saxladıq. Qurumun Xudat şöbəsindən İstixeber.info-ya bildirildi ki, həmin əraziyə bu gün baxış keçiriləcək. Həftənin birinci günü həmin əraziyə nə lazımdırsa sifariş edəcəyik və problem aradan qaldırılacaq. Həmin kənd demək olar ki, 99% yeni işıq xətləri və naqillərlə yenilənib. Həmin ərazidə yenilənəcək.

P.S: Hörmətli “Vağzal” küçəsinin sakinləri narahat olmayın qısa bir zamanda məsələniz həllini tapacaq.

İstixeber.info Xaçmaz
Rəşad Ağaşirinov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26