BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanın Milli Qəhrəmanı XƏLİLOV ELDAR XƏLİL oğlunun anım günü anıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Milli Qəhrəmanlar tanıtma ictimai birliyi Nərimanov rayon sədri Ədhəm Məmmədov, Dünya ana və uşaqlar ictimai birliyinin sədri Dünyaxanım Əliyeva, Jurnalistlər birliyinin üzvü, Dünyaxəbər.info saytının redaktoru Dilguşə Gülümcanova birgə lahiyəsi ilə Azərbaycanın Milli Qəhrəmanı XƏLİLOV ELDAR XƏLİL oğlunun anım günü təşkil edilib.

İstixeber.info xəbər verir ki, tədbiri giriş sözü ilə Ədhəm Məmmədov açaraq,
Eldar Xəlil oğlu Xəlilovun həyatı haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

Eldar Xəlil oğlu Xəlilov 1976- cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonu Zəngilər kəndidə anadan olmuşdur. 1983-cü ildə Zəngilər kənd orta məktəbində birinci sinifə getmişdir. Beşinci sinfi bitirdikdən sonra 1988-ci ildə minlərlə soydaşlarımız kimi erməni qəsibkarları tərəfindən öz doğma el-obasından zorla qovuldular və ailəsi ilə birlikdə Bakının Bakıxanov qəsəbəsində məskunlaşırlar.
Təhsilini 96 və 252 saylı orta məktəbdə davam etdirir. Sonra Bakıdakı 10 saylı texniki peşə məktəbini bitirir.
1994-cü ilin senytabr ayının 29-da Sabuncu rayon Hərbi Komisarlığı tərəfindən Milli orduda xidmətə çağrılmışdır. Hərbi hissədə qısa müddətli təlim keçdikdən sonra erməni işğalçıları ilə deyil dövlətçiliyimizə təcavüz etmək istəyən daxili qüvvələrə qarşı mübarizə aparmalı olur. 17 mart 1995-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında Milli Ordumuzun əsgərləri arasında Eldar Xəlilov da öz vətənpərvərlik borcunu yerinə yetirirdi. O, öz döyüş əzmkarlığı ilə fərqlənir və daxili irticanın tərkisilah edilməsində mərdlik və şücaət göstərir. Çox təssüflə qeyd edim ki, qarşı tərəfin atdığı güllə Eldar Xəlilovdan yan keçmir və onun gənc ömrünə son qoyur.

Ulu  öndər Heydər Əliyevin 4 aprel 1995 -ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Şəhid ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Bakının Bakıxanov qəsəbəsində küçələrin birinə Eldar Xəlilovun adı verilmişdir. Oxuduğu 252 saylı orta məktəbdə Eldar Xəlilova həsr olunmuş guşə yaradılmışdır. Qəsəbədə büstü qoyulmuşdur.

Giriş sözündən sonra şəhidin əmisi Xəlilov Sulxay Eynullah oğlu Eldarla bağlı xatirələrindən, vaxtı ilə komandiri olmuş Abiyeb Nizami Razim oğlu Eldarın qəhrəmanlığından, anası Tərlan ana və bacısı Əbiyeva Zərnişan Xəlil qızı göz yaşları içində necə gözəl oğul və qardaş olmağından danışdılar.

Milli Qəhrəmanlar ictimai birliyinin sədri Elşən Uluxanlı, şəhidin anası Tərlan ana, bacısı Əbiyeva Zərnişan, əmisi Xəlilov Sulxay, şəhidin komandiri, həm də, bacısının həyat yoldaşı Əbiyev Nizami, qohumları, şəhid ailələri və bir çox insanlar iştirak edirdilər.

Çıxış edənlər arasında Milli Qəhrəman Şamir Xasıyevin anası Gözəl ana da, Eldar haqqında ağız dolusu danışdı.

Sonda tədbir iştiarkçıları ikinci Fəxri Xiyabanda şəhidin məzarını ziyarət etdilər.

Şəhidin ailəsi prezident İlham Əliyev cənablarının və xanımı Mehriban Əliyevaya şəhid ailələrinə olan diqqət və qayğılarından razılıqlarını bildiriblər.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26