BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəmkirdə sərxoş ər evi yandırdı: 2 yaşlı oğlu yanıb öldü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb.

İstixeber.info-nun məlumattına görə, hadisə zamanı evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hal hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.

Qaynananın bədənini 50%, 24 yaşlı qızın bədənini 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edlib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26