BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nabranda imkanlı şəxsin evini mühafizə edəni öldürdülər.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Villanın gözətçisinin başından mişar daşı ilə vurublar

Xaçmazın Nabran kəndində qətl hadisəsi qeydə alınıb.

İstixeber.info İstiPress-in Şimal bürosunun məlumatını istinad edərək xəbər verir ki, 55 yaşlı Tərlan Ağabala oğlu İbrahimov başından mişar daşı ilə zərbələr alıb. Tərlan İbrahimovun meyiti gözətçilik etdiyi villanın yaxınlığında aşkarlanıb.

Hadisə yerində işləyən prokurorluq və polis əməkdaşları mərhumun baş nahiyəsindən aldığı zərbədən öldüyü qənaətinə gəliblər.

İlkin araşdırma zamanı T.İbrahimovun Nabran İƏD-nin Dalğalı kənd sakini Taleh Rəşid oğlu Mürsəlov tərəfindən qətlə yetirildiyi ehtimal edilir. O, şübhəli şəxs qismində tutulub.

Xaçmaz prokurorluğunda CM-nin 120.1-qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.

Qətlə yetirilən Tərlan İbrahimovun Bakının Binəqədi rayon sakini olub, Nabranda imkanlı şəxslərdən birinin evində gözətçi kimi çalışıb.

İstixeber.info Nabran

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26