BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı müsabiqə keçirir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri  arasında yaradıcılıq müsabiqəsi keçirir. Müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

“Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı;

Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir;

Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr;

Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.

Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

4 istiqamət üzrə:

I yer                     –                      4 nəfər            –           2000 manat (hər biri)

II yer                    –                      4 nəfər            –           1500 manat (hər biri)

III yer                   –                        4 nəfər           –           1000 manat (hər biri)

Həvəsləndirici mükafat –          10 nəfər          –          200 manat (hər biri)

Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq. Materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 9 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Qalib və mükafatçıların adları 2019-cu il sentyabr ayının 20-dək açıqlanacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat Mətbuat Şurasının presscouncil.az internet ünvanında yerləşdirilib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26