BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İtkin düşən pilotun qaynatası: – “Mənə dedilər ki….”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Hazırda MİQ-29 hərbi təyyarəsinin çıxarılma əməliyyatı gedir”.

İstixeber.info xəbər verir ki, bu məlumatı Yenicag.az-a iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət katibi Qabil Hüseynli verib.

Q. Hüseynli bildirib ki, pilotdan heç bir xəbər yoxdur: “Pilotla bağlı heç nə deyə bilmirlər. Çünki təyyarə parça-parça olub. Kabinə hissəsinə yaxınlaşa bilmirlər. Buna səbəb isə dənizin dibində dalğanın olmasıdır. Mənə bildirdilər ki, görünmə dərəcəsi çox aşağıdır. Hələ ki, pilot haqqında bir məlumat yoxdur. Axtarışda iştirak edənlərdən bir nəfər mənə dedi ki, 99.9% pilot kabinanın içərisindədir”.

Təyyarənin parçalanmasının səbəbinə gəldikdə isə, Qabil Hüseynli belə deyib: “Dedilər ki, təyyarə suya düşəndə elə bil betonla çarpışır”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26