BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda iki dost azyaşlı qızı ZORLAYIB…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Paytaxtda azyaşlıya qarşı seksual xaraktereli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Vidadi Əsədov və Məhyəddin Fətullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

İstixeber.info xəbər verir ki, təqsirləndirilən şəxslərin müraciəti ilə bağlı məhkəmə prosesi hakim Əflatun Qasımovun sədrliyi ilə avqust ayının 9-da keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Vidadi Əsədov dostu Məhyəddin Fətullayev ilə birlikdə Samirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz ediblər.

İki dost Samirə Məmmədovanı aldadaraq kimsəsiz bir əraziyə gətiriblər. Orada həmin şəxslər Samirə Məmmədovaya zorakılıq ediblər, onunla zorla cinsi əlaqədə olublar.

Daha sonra Vidadi Əsədov və Məhyəddin Fətullayev Samirəni seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur ediblər.

Samirə bu tələbi yerinə yetirmədiyi halda döyülüb və zorlanıb.

Samirə Məmmədova hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra hər iki şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Vidadi Əsədov və Məhyəddin Fətullayevin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) maddəsi ilə ittiham elan edilib. (olke.az)

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26