BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qaradağ rayonunda 8 yaşlı uşağı qatar vurub – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qaradağ rayonu Sənqəçal qəsəbəsində 8 yaşlı Bayramov Tərlan Cavanşir oğlunu qatar vurub.

İstixeber.info xəbər verir ki, uşaq yaxınlaşan qatarı hiss etməyib və dəmiryol xəttini keçmək istəyib. Asta sürətlə hərəkət edən qatar azyaşlını vurub. Uşaq dərhal yaxınlıqdakı sakinlərin köməkliyi ilə təcili tibbi yardım məntəqəsinə ordan isə təcili yardım maşını ilə 1 nömrəli şəhər xəstəxanasına çatdırıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub.

Xəstəxanaya yerləşdirilən uşağın atası Cavanşir Bayramovla əlaqə saxladıq. Atası deyir ki, uşağın vəziyyəti yaxşıdı, ilkin yoxlanışdan sonra uşaq palataya yerləşdiriləcək. Həyatı üçün hər hansı ciddi bir təhlükə yoxdu.

İstixeber.info Qaradağ

Rəşad Ağaşirinov
Mehrac Nəsrullayev

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26