BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sulu qəlyan çəkmək olarmı?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sulu qəlyan çəkmək olarmı? Qəlyan insan orqanizmi üçün ziyanlıdır ya yox? Islam buna necə baxır?

Sulu qəlyan çəkməyin haram olması barədə müctəhidlərin və müftilərin qəti fətvası bizə məlum deyil. Əlbəttə, əgər qəlyana alkoqol və narkotik maddələr qatılarsa, qəti surətdə haramdır. Amma yalnız tütün və ətirli meyvə qatqılarından istifadə edilsə, haram deyil. Hərçənd ki, qeyri-müsəlman yönümlü və mötəbərliyinə tam etimadımız olmayan bəzi mənbələrdə yazılıb ki, sulu qəlyanın insan orqanizminə təsiri adi siqaretin təsirindən onlarla dəfə çoxdur. Bu mənbələrdə deyilir ki, adətən, sulu qəlyanda nikotinin və qətranın miqdarı siqaretə nisbətən az olur. Amma əvəzində, qəlyan çəkərkən ciyərlərə daxil olan dəm qazının miqdarı siqaretə nisbətən dəfələrlə artıqdır. Həmçinin, dəm qazının çox yüksək temperaturda olması da onun ziyanını artırır.

Bunu da qeyd edək ki, sulu qəlyan çəkmək gənclərdə müəyyən alışqanlıq yaradır. Məlumdur ki, bəzən sulu qəlyan çəkmək adı altında təşkil edilən məclislərdə haram əməllərə də yol verilir. Sulu qəlyan çəkmək bəzən gənclər arasında ekzotika və komfort nişanəsi kimi qəbul edilir. Bütün bunları nəzərə alaraq, sulu qəlyan çəkmək vərdişini tərgitməyi müsəlmanlara tövsiyə edirik. Cavanlar sulu qəlyan çəkməyə həsr edilən saatları daha faydalı işlərə ayırsalar, həm Allaha xoş gedər, həm də özləri üçün xeyirli olar./milli.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26